Türkiyənin Ağrı vilayətinin AK Partiyalı sabiq bələdiyyə başqanı Savcı Sayan erməni əsilli sabiq millət vəkili Qaro Paylanın Azərbaycan və Türkiyə haqqındakı sərsəm açıqlamaları ilə bağlı paylaşım edib.
Yenicag.az xəbər verir ki, Savcı Sayan Qaro Paylanın videosunu paylaşaraq, “Bu da atası kimi rəqs edir”, – deyə yazıb.
Sözügedən paylaşımı buradan izləyə bilərsiniz.
Qeyd edək ki, Savcı Sayan 44 günlük Vətən müharibəsində daim Azərbaycana dəstək nümayiş etdirib. Onun rəhbərlik etdiyi bələdiyyənin təşkilatçılığı ilə 2020-ci ildə Ağrı dağının Ermənistana baxan tərəfində Azərbaycan və Türkiyə bayraqlarının video proyeksiya ediləcəyi ilə bağlı xəbər yayılmışdı. Sabiq bələdiyyə başqanı bununla bağlı öz sosial şəbəkə hesablarında paylaşım etmişdi.
Savcı Sayan həmin il noyabrın 9-da başqanı olduğu bələdiyyə binasına nəhəng Azərbaycan və Türkiyə bayraqları asmışdı. Bu səbəbdən Savcı Sayan daim ermənilərin hədəfində olub. Görünür, Qaro Paylan da Savcı Sayanın Azərbaycanın haqq savaşına dəstək verməsini indiyədək həzm edə bilməyib. Hadisədən 4,5 il keçsə də, özünü bu barədə danışmaq məcburiyyətində hiss edib. O, çıxışında Azərbaycanın 30 il ərzində işğal altında qalan torpaqlarının ermənilərə məxsus olması kimi sərsəm, yalan fikirlər səsləndirib. Dünya erməniləri hələ də məğlubiyyətlə barışa bilmir. Artıq dünyada yeni tarixi reallıqlar yaranıb. Türkiyə və Azərbaycan regionda və dünyada güc sahibinə çevrilib. Ermənilərin sərsəm xülyalarını reallaşdırmaq istəyi onlara baha başa gələ bilər. Onlar unutmamalıdırlar ki, Ermənistan adlanan ərazi tarixi Azərbaycan torpaqlarıdır.
www.yenicag.az