Saxta əskinaz satan şəxs yaxalandı

media-hightechnic-468x90

87637Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı şəhər sakini Mehman Qafarov 200 ədəd 100 dollarlıq saxta əskinası Nərimanov rayonu ərazisindəki parkda 4 min ABŞ dollarına satarkən tutulub.
Yenicag qafqazinfo-ya istinadən bildirir ki, Mehman Qafarov saxta pulları Çeçenistandan olan bir nəfərdən aldığını deyib:

“Çeçendən 20 min saxta dollar götürüb, Nərimanov rayonunda dəyişəcəkdim. 20 minə 20 faizlə. Pulu dəyişdirdiyim yerdə yaxalandıq. Həmin pulun müqabilində o şəxslərə hörmət edəcəkdim”.

Onun üzərinə baxış zamanı ondan əlavə olaraq 18 ədəd saxta 100 dollarlıq əskinas da aşkar edilərək götürülüb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600