!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səbaildə yol polisi məktəbləri nəzarətə götürdü: Qayda pozan piyadalar cərimələndi - VİDEO

!Reklam – Yazi

Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin təşəbüsü ilə rayon ərazisində yerləşən məktəblərin qarşısındakı piyada keçidləri yenilənib.

Şagirdlərin təhlükəsizliyi üçün bu addımı atan yol polisinə məktəb rəhbərləri təşəkkür edib. 162 saylı tam orta məktəbin direktoru Arzu Nəzərova Avtosfer.az vasitəsilə yol polislərinə təşəkkür edib:

“Məktəbə gələn şagirlərimiz və valideyinlərimiz yolu keçərkən çətinlik çəkirdi. Səbail rayonu İcra Hakimiyyətinə, Səbail rayon Polis İdarəsinə və Səbail rayonu DYP Şöbəsinin rəisinə təşəkkür edirəm. Çox sağolsunlar ki, sentyabrın 15-i məktəblərin açılışına görə şagirdlərin təhlükəsizliyini fikirləşərək belə bir addım atırlar”.

Qeyd edək ki, Səbail rayon DYP Şöbəsinin əməkdaşları rayonun bəzi ərzilərində maarifləndirici tədbirlər keçiriblər. Tədbirin məqsədi piyadaları keçiddən düzgün istifadə etməklə bağlı məlumatlandırmaq olub.

Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı keçidlərdən istifadə etməyən piyadalarla marifləndirici söhbətlər aparılıb.

Ərazidə yeraltı piyada keçidləri olmasına baxmayaraq, qadağan olunan yerlərdən keçib həyatını təhlükə altına atan piyadaların diqqətinə çatdırılıb ki, keçidlər onlar üçün nəzərdə tutulub. Keçiddən istifadə etmədikdə özləri ilə yanaşı sürücüləri də təhlükəyə atırlar.

www.yenicag.az

259
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv