Seçici fəallığının ən yüksək və ən aşağı olduğu seçki dairələri açıqlandı

media-hightechnic-468x90

Bələdiyyə seçkilərində ən yüksək və ən aşağı seçici fəallığına malik dairələr məlum olub.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə məlumatları Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin rəhbəri Fərid Orucov açıqlayıb.

Saat 17:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 50 saylı Abşeron Üçüncü Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 35,40 % olub. Dairə üzrə 19 663 seçici səsvermə hüququndan istifadə edib.

Saat 17:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 54 saylı Mingəçevir Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 21,75 % olub. Dairə üzrə 10 934 seçici məntəqələrə gedərək səs verib.

Xatırladaq ki, saat 17:00-dək respublika üzrə 1 715 291 nəfər səs verib, seçici fəallığı 28,77 % olub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05