!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Seçicilərin sayı açıqlandı - Ən yaşlısının 126 yaşı var

!Reklam – Yazi

Milli Məclisə seçkilərlə əlaqədar səsvermə hüququ olan şəxslərin sayı açıqlanıb.

Yenicag.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 5 milyon 329 min 460 nəfər seçkilərdə səsvermə hüququndan istifadə edə biləcək.

İlk dəfə səs verəcək vətəndaşların sayı 6 189 nəfərdir. 99 nəfərin 18 yaşı isə səsvermə günü tamam olacaq.

M.Pənahov bildirib ki, ən yaşlı seçicinin 126 yaşı var: “Onun adı Allahverdiyeva Səmərqənddir. Ən yaşlı kişi seçici isə Əhmədov Şahverdidir. Onun 108 yaşı var”.

Qeyd edək ki, Milli Məclisə seçkilər sabah-fevralın 9-da keçiriləcək.

www.yenicag.az

807
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv