!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Seçki qanunvericiliyinin yenilənməsi haqqında təşəbbüs barədə məlumatım yoxdur” – Partiya sədri

!Reklam – Yazi

“Siyasi partiyalar haqqında qanunun yeni şəraitin tələblərinə uyğun qaydada müasirləşdiriləcəyinə ümid edirik”.

Bu fikirləri siyasi partiyalar haqqında qanunun, eyni zamanda, mövcud seçki qanunvericiliyinin yenilənməsi prosesinə başlanılması haqda xəbərlərə münasibət bildirən Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə Yenicag.az-a açıqlamasında deyib.Partiya sədrinin sözlərinə görə, siyasi partiyalar haqqında qanundan fərqli olaraq, seçki qanunvericiliyinin yenilənməsi təşəbbüsü haqqında məlumatlı deyil:

“Bəli, parlamentdə bu istiqamətdə işçi qrupu yaradılıb və siyasi partiyalar haqqında qanunun yenilənməsi ilə bağlı biz də öz təkliflərimizi irəli sürmüşük.

Ümidvaram ki, gələcəkdə müzakirələr olacaq və siyasi partiyalar haqqında qanun yeni şəraitin tələblərinə uyğun qaydada müasirləşdiriləcək.

Digər məsələyə gəldikdə, ölkənin seçki qanunvericiliyinin yenilənməsi haqqında hər hansı təşəbbüs barəsində eşitməmişəm və bu barədə məndə məlumat yoxdur”.

A.Zeynalov

www.yenicag.az

1040
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv