Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Səfehlik Zərdüşt Əlizadənin alnına yazılıb” – Politoloqa həddi bildirildi

“Kimlərinsə fikirlərini bəyənməyə bilərsən, amma təhqir etməyə haqqın yoxdur”.

Yenicag.az xəbər verir ki, bu fikirləri politoloq Zərdüşt Əlizadənin mətbuata verdiyi açıqlamasında işlətdiyi, “İndi Türkiyə Amerikaya baş qoşub, məsələn, hindu soyqırımını tanısın – bunu ancaq səfeh jurnalistlər deyə bilərlər”, – ifadəsinə münasibət bildirən siyasi şərhçi Elçin Mirzəbəyli səsləndirib.

Elçin Mirzəbəyli Zərdüşt Əlizdənin intellektual təsir bağışlamağa çalışdığını qeyd edib, intellektin həm də mədəniyyət və tərbiyə olduğunu vurğulayıb:

“Aprelin 24-də, Co Baydenin məlum bəyanatından sonra aralarında çoxsaylı jurnalistlərin də olduğu sosial şəbəkə istifadəçiləri Şimali Amerika xalqlarına qarşı həyata keçirilən soyqırımının tanınması ilə bağlı statuslar yazaraq Türkiyəyə, türklüyə qarşı sərgilənən ədalətsizliyə, haqsızlığa öz etirazlarını bildirmişdilər.

Yəni qondarma soyqırımı iddialarının qarşılığında gerçək soyqırımı faktını xatırlatmışdılar. Tamamilə təbii bir reaksiyadır və etirazın bir formasıdır. Zərdüşt Əlizadə isə hesab edir ki, yalnız “səfeh jurnalistlər belə düşünə bilər”.

Qeyd edim ki, hindu soyqırımı ilə bağlı yazılan statuslar bu və ya digər dövlətin, siyasi partiyanın mövqeyini ifadə etmirdi, heç hansısa araşdırmanın, təhlilin tərkib hissəsi də deyildi, sadəcə etiraz idi, vəssalam!

İndi Zərdüş Əlizadə onun kimi düşünməyənləri səfeh hesab edir… və onunla söhbətləşən həmkarımız da – ərk edib deyirəm – buna heç bir reaksiya vermir, ən azından ondan nə üçün jurnalistləri aşağıladığını soruşmur. Zərdüştün aşağılayıcı fikirləri də olduğu kimi yayımlanır.

Zərdüşt Əlizadə intellektual şəxs təsiri bağışlayır, yaxud belə görünməyə cəhd göstərir. Amma intellekt həm də mədəniyyətdir, tərbiyədir, başqalarının kimsəni aşağılamayan, etik çərçivədə səsləndirdikləri fikirlərə sayğıyla yanaşmaq bacarığıdır, tərbiyədir”.

Elçin Mirzəbəyli heç kimin başqa birini təhqir etməyə haqqının olmadığını vurğulayıb:

“Vaxtınız olanda Zərdüştə deyin, səfehlik onun alnına yazılıb. Uğursuzluğunun da səbəbi odur. Kimlərinsə fikirlərini bəyənməyə bilərsən, amma təhqir etməyə haqqın yoxdur”.

Loading...

www.yenicag.az

112
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100