Səfirdən minnətdarlıq etirafı: “Bizi Türkiyə xilas etdi”

media-hightechnic-468x90

Cənubi Koreyanın Ankaradakı səfiri Türkiyənin ölkəsinə göstərdiyi əvəzsiz dəstəyin unudulmadığını deyib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Ankara Milli Kitabxanasının Konfrans və Sərgi salonunda Türkiyə-Cənubi Koreya diplomatik münasibətlərinin 60 illiyinə həsr olunan tədbir keçirilib.

Tədbirdə çıxış edən Cənubi Koreyanın Ankaradakı səfiri Yun Su Ço Koreya müharibəsindən artıq 67 il ötməsinə baxmayaraq, soydaşlarının Türk xalqına minnətdarlığının azalmadığını deyib:

“Türkiyə Koreya müharibəsi zamanı Cənubi Koreyaya hərbi qüvvə göndərərək, ölkəmizi kommunist dövlətinə çevrilməkdən xilas etdi. Eyni zamanda, Türkiyə ata-anasız qalan koreyalı uşaqların normal təhsil almaları üçün əlindən gələni etdi. Türkiyə həmçinin Şimali Koreyanın təxribatçı addımlarına sərt reaksiya verərək, bizə dəstəyini davam etdirir. Bu yardıma, dəstəyə görə Türkiyəyə hər zaman minnətdarıq”.

Yeniçağ.Az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600