!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Səfirə sui-qəsdin arxasında FETÖ vardı, məqsəd…” - Rusiyalı ekspert

!Reklam – Yazi

Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitununun araşdırmaçısı Ruslan Qurbanov 24 noyabrda ruslara məxsus təyyarənin vurulmasında və rusiyalı səfir Andrey Karlova qarşı edilmiş sui-qəsdin arxasında FETÖ-nün dayandığını söyləyib.

Yenicag.az xəbər verir ki, o, bu iddianı Rusiyanın dövlət kanalı olan 1-ci Kanalda yayımlanan “Vremya pokajet” (Zaman göstərəcək) adlı proqramda canlı yayım zamanı söyləyib. Qurbanov, söhbət zamanı Qərbin Türkiyəni ortada buraxacağının mümkünlüyünü də dilə gətirib:

“Öncə buna diqqətinizi çəkmək istərdim: Son zamanlar Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan 5 dəfə görüşüb. Moskva və Ankara iqtisadi və təhlükəsizlik sahəsində bir-birini tamamlayan ölkələrdir. Xüsusilə də Orta Şəqrdə. Orta Şərq atəş çəmbəridir. Rejimlər dəyişdirilir, müxtəlif başqa hadisələr yaşanır. Sabah da bu bölgədə nələrin olacağını söyləmək çox çətindir. Sabah ola bilər ki, Türkiyənin qərbli müttəfiqləri Ankaranı ortada tək buraxdı”.

Qurbanov daha sonra bunları vurğulayıb: “Türkiyə ilə işbirliyindən Rusiya nələr qazanacaq? Türkiyə ordusu NATO-nun ikinci ən güclü ordususu sayılır. Orta Şərqin də ən güclüsüdür. Xüsusilə, bu bölgədə təhlükəsizliyin təmin olunması baxımından Türkiyə Rusiya üçün çox önəmlidir. İraqdakı referendum əslində Türkiyə üçün təhdiddir. ABŞ bununla Türkiyə üçün bir bomba hazırlayır. Sıradaki ölkə Türkiyə ola bilər. Plan Türkiyəni içindən parçalamaq, Ərdoğanı yıxmaqdan ibarətdir. Tarixdə nə qədər rus-türk müharibələri oldu deyə bu mövzuya ilişib qalmaq olmaz. Rusiya-İran müharibələri də az olmayıb. Buna baxmayaraq, bu gün İranla anlaşaraq çalışmağa davam edirik”.

Qurbanov rus təyyarəsinin Türkiyə sərhədində vurulmasına və rusiyalı səfirə qarşı sui-qəsd edilməsinə də münasibət bildirib və bu hadisələrin arxasında Fətullah Gülənin olduğunu söyləyib: “Bu gün ABŞ və Brüssel Ərdoğanı qətiyyən istəmir. Niyə? Çünki Ərdoğan islami mənəvi dəyərləri canladırmağa başlayıb. Bölgədə Türkiyənin nüfuzunu artırır. Qərb isə bundan rahatsız olmağa başlayıb. Qərb Ərdoğanı devirmək üçün əlindən gələn hər şeyi edir. Onlar Gülənin vasitəsilə Ərdoğanı devirmək istədilər. Daha sonra Rusiya təyyarəsinin vurulmasının, rusiyalı səfirin öldürülməsinin də arxasında gülənçilər vardı”.

COP29

www.yenicag.az

1763
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv