Səfirliyin dəstəyi ilə futbol oyunu keçiriləcək

media-hightechnic-468x90

news20820Böyük Britaniyanın Azərbaycandakı səfirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və “Bakcell” şirkətinin dəstəyi ilə dekabrın 14-də, saat 14:00-da “Bayıl Arena”da “Britaniya komandası” və “Qarabağ” futbol klubu arasında qeyri-rəsmi futbol oyunu keçiriləcək.

Tədbirin məqsədi 1914-cü ildə Birinci Dünya müharibəsi zamanı əsgərlər arasında oynanılan ilk futbol oyununun 100 illiyini qeyd etməkdir.

Həmin vaxt bir-birinə əks cəbhədə vuruşan əsgərlər bir anlıq müharibəyə fasilə verib, mahnılar oxuyub, hədiyyələr paylayıb və rəmzi olaraq futbol oynayıblar. Britaniya komandasını səfir İrfan Siddiq və “Mançester Yunayted” Yay Məktəbinin məzunları təmsil edəcəklər.

(azadinform.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600