Yasamal rayonu 1-ci Alatava ərazisinə elektrik verilişində problem yaşanıb.
Yenicag.az xəbər verir ki, elektrik yarımstansiyasında baş vermiş qəza ilə bağlı artıq iki saatdan çoxdur ki, 1-ci Alatava ərazisinə elektrik verilişi dayandırılıb.
Azərişıq ASC-dən Yenicag.az-a bildirilib ki, elektrik yarımstansiyasındakı qəza yaxın vaxt ərzində aradan qaldırılacaq.