!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəhid ailələri və müharibə veteranları ilə iş adlı layihə davam edir – FOTOLAR

!Reklam – Yazi

“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranlari” İctimai Birliyi şəhid ailələri və müharibə veteranları ilə iş adlı layihə çərçivəsində Pisxoloji və hüquqi yardım üzrə layihə davam edir. Şəhid ailələri və müharibə iştirakçılarının mövcud problemlərinin həlli və daha sonra yarana biləcək problemlərin şəxslərin özü tərəfindən maddi və mənəvi resurslarının düzgün istiqamətləndirilməsi nəticəsində həll oluna bilməsi üçün hüquqi və maarifləndirici tədbirlərin həyata keçirir.

Bu tədbirlərdə müharibə iştirakçıları və şəhid ailələrinin hüquqları, onlar üçün nəzərdə tutulan sosial yardımlar, güzəştlər, digər dövlət xidmətləri, bu xidmətləri həyata keçirən dövlət qurumlarının fəaliyyət istiqamətləri haqqında və xidmətlərə müraciət zamanı vətəndaşlara lazım olacaq sənədlər, müraciət şərtləri və prosesin gedişində yarana biləcək digər məsələlərlə bağlı mütəxəssislər tərəfindən davamlı olaraq məlumatlar verilir.

Layhə çərçivasində hüquqi yardımla yanaşı psixoloji yardım da göstərilir və xüsusi anketlər doldurularaq şəxsin pisxoloji durumu test edilir. Ciddi pisxoloji vəziyyəti olanları aidiyyatı üzrə yönəldilir.

Məlumat üçün bildiririk ki, layihə Azərbaycan Respublikası Qeyri-Hökümət Təşikaltlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçrilir.

COP29

www.yenicag.az

135
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv