Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyasının ilk iclası keçirilib. İclasda komitələrin sədrləri, sədr müavinləri və üzvləri seçiliblər.
Yenicag.az-ın məlumatına görə, deputat seçilən şəhid qardaşı Üzeyir Məmmədov Ali Məclisin Hüquq siyasəti komitəsinin, şəhid anası Gülşad Rüstəmova isə Humanitar siyasət komitəsinin üzvü seçililər.
Həmçinin, Ü.Məmmədov Naxçıvan Ali Məclisinin İntizam komissiyasının üzvü olub.
Qeyd edək ki, Ü.Məmmədov 2016-cı il iyulun 14-də Ağdam rayonunun Baş Qərvənd kəndində düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan baş leytenant Toğrul Məmmədovun qardaşıdır. Şəhid zabitimiz ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.
G.Rüstəmova şəhid leytenant Emin Sadiqovun anasıdır. Hərbçimiz 26 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.
www.yenicag.az