!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəhid atasından evsiz jurnalistlərə DƏSTƏK: “Həmin bina onlar üçün tikilib”

!Reklam – Yazi
“Bakıda şəhid ailələrinin sayı şəhərdə tikilən binalardakı mənzillərin sayından azdır”.
Yenicag.az xəbər verir ki, bu fikirləri prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Bayıl qəsəbəsində jurnalistlər üçün inşa edilmiş 3-cü binadakı mənzillərin məhz media mənsublarına paylanılmasının vacibliyini bildirən İkinci Qarabağ müharibəsinin şəhidi Səid Rəşidzadənin atası Nofəl Qasımov deyib.
Nofəl Qasımov sözügedən binadakı hazır mənzillərin 22 iyul Milli Mətbuat Günü ərəfəsində evsiz jurnalistlərə verilməsini arzuladığını dilə gətirib:
“Ay jurnalist soydaşlarımız, mənziliniz özünüzə qismət olsun! Həmin bina jurnalistlər üçün tikilib, onlara da verməlidirlər, həsrətlə gözləyənlər var, haqlarıdı.
Bakıda yalnız şəhər qeydiyyatı olan şəhid ailələrinə mənzil verilir. Paytaxtda şəhid ailələrinin sayı şəhərdə tikilən binalardakı mənzillərin sayından azdır.
Belə də ki, jurnalistlərə əvvəl tikilən mənzilləri paylayanda, evsiz şəhid ailələri haqda müzakirə aparılmırdı”.
Qeyd edək ki, Nofəl Qasımovun şəhid övladı, baş leytenant Səid Rəşidzadə 44 günıük Vətən Müharibəsində Füzuli, Hadrut, Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Baş leytenant 2020-ci il oktyabrın 11-də Hadrutun girişindəki Şişqaya deyilən yüksəkliyin azad olunmasında qəhrəmanlıq göstərib, bayrağı yüksəkliyə sancan zaman snayper gülləsi ilə vurulub. Ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Nofəl Qasımov 1992-93-cü illərdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı olub. O, Birinci Qarabağ savaşında Füzuli Özünümüdafiə Taborunun komandiri kimi döyüşlərdə iştirak edib.
A.Zeynalov
COP29

www.yenicag.az

703
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv