Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Şəhid əsgər Qəbələdə dəfn edildi

Azərbaycan Ordusunun şəhid olan əsgəri Səməd Alışov bu gün doğulduğu Qəbələ rayonunda dəfn edilib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, 1999-cu il təvəllüdlü Alışov Səməd Anar oğlu rayonun Ziring kənd qəbristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Qəbələ Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və rayon sakinləri iştirak ediblər. Şəhid yaylım atəşi altında dəfn olunub, “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirilib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər Alışov Səməd Anar oğlu şəhid olub.

www.yenicag.az

1514
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100