!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəhid hərbçinin medalı anasına təqdim olunub – Fotolar

!Reklam – Yazi

245044Cəbhə xəttində Ermənistan hərbi birləşmələrinin təxribatlarının qarşısını alarkən şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət etmiş hərbi qulluqçu Elmir Sərxan oğlu Zeynalov ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif edilib.

“Report”un məlumatına görə, bu münasibətlə şəhidin doğulduğu Goranboy rayonunun Əhmədabad kəndində medalın təqdimat mərasimi keçirilib.

Mərasimdə Müdafiə Nazirliyinin (MN), Goranboy Rayon İcra Hakimiyyətinin (RİH) rəsmiləri, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak edib.

Ailənin tək oğul övladı olan şəhidin medalı anasına təqdim olunub.

Xatırladaq ki, 1994-cu il təvəllüdlü Elmir Zeynalov fevralın 12-də qoşunların təmas xəttində Ermənistan silahlı birləşmələrinin təxribatlarının qarşısını alarkən şəhid olub.

www.yenicag.az

661
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv