“Şəhidlər ölməz, Vətən bölünməz” – Şəhid qəhrəman Siracın il mərasimi KEÇİRİLDİ – FOTOLAR/VİDEO

media-hightechnic-468x90

Birinci Qarabağ müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan və ötən il nəşinin qalıqları ata-baba yurdu Füzulidə torpağa tapşırılan şəhid qəhrəman Nərimanov Sirac Fehruz oğlunun il mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, Füzuli rayon Babı kəndində baş tutan mərasimdə şəhidin doğmaları, media nümayəndələri, rayon sakinləri, rəsmilər iştirak edib.

Qəhrəman şəhidin məzarı ziyarət olunub, əziz xatirəsi anılıb və ruhuna dualar oxunub.

Qeyd edək ki, Nərimanov Sirac Fehruz oğlu 24 oktyabr 1973-cü ildə Füzuli rayonunun Babı kəndində anadan olub. 1992-ci ilin iyun ayının 6-da hərbi xidmətə çağırılıb. Onun döyüş yolu hərbi xidmətə gəldiyi ilk günlərdən etibarən başlayıb və Füzuli rayonunun “Məngələn ata” deyilən yüksəkliyi və Qacar kəndi uğrunda gedən döyüşlərdə iştirak edib. Qacar kəndi uğrunda gedən döyüşdə Sirac qəlpə yarası alsa da, xidmətinə davam edib. Hərbi sirlərə peşəkarcasına yiyələnərək N saylı briqadanın hücum alayına göndərilib və həmin alayda bölmə komandiri təyin edilib.

Füzuli rayonunun 22 kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildiyi döyüşlər zamanı Füzulinin Arazboyu kəndlərinin azad olunmasında Sirac Nərimanov öz döyüş yoldaşları ilə əsl şücaət göstərib. 1994-cü il yanvarın 11-də Aşağı Əbdürrəhmanlı kəndində gedən ağır döyüşlərdə şəhid olan Sirac Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən “Peyğəmbər” qəbiristanlığında naməlum şəhid kimi dəfn edilən şəhidlərimizindən biri olub. Onun nəşinin qalıqları ötən il doğulduğu Füzuli rayonunda torpağa tapşırılıb.

Mərasimdən video və fotoları təqdim edirik:

Məsimə Məmmədova

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600