Səhiyyədə islahat yox, sistem inqilabı başlayır: Qaydaları Prezident yazır

media-hightechnic-468x90

Azərbaycan səhiyyəsi uzun illər ərzində idarəetmə boşluqları, məsuliyyətsiz qərarlar və kiflənmiş yanaşmalar səbəbindən faktiki olaraq bir burulğanın içində qalmışdı. Nazirlər dəyişdi, əlavə strukturlar yarandı, icraçı direktorlar gəldi-getdi, müxtəlif proqramlar elan olundu. Amma ortada Prezidentin istədiyi, cəmiyyətin arzuladığı ideal və vətəndaşı qoruyan sistem formalaşmadı. Məhz buna görə də proses birbaşa dövlət başçısının nəzarətinə götürüldü və səhiyyədə köklü dönüşün əsası qoyuldu.

media-banner_tkm

media-whatsapp-image-2026-04-15-at-07-41-26-1

Bu gün artıq söhbət sadəcə xəstəxana tikməkdən və ya müasir avadanlıq almaqdan getmir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva səhiyyəni bataqlıqdan çıxarmaqla kifayətlənməyib, tamamilə yeni səhiyyə-sosial idarəetmə modeli formalaşdırırlar. Bu modelin mərkəzində isə bir prinsip dayanır: dövlət vətəndaşın sağlamlığına cavabdehdir və bu məsuliyyət kompromis qəbul etmir.

Son fərmanlarla icbari tibbi sığorta sisteminin idarəetməsi yenidən qurulur, TƏBİB-in səlahiyyətləri genişləndirilir və səhiyyə ilə sosial müdafiə mexanizmləri vahid platformada birləşdirilir. Bu addımlar təsadüfi deyil. Məqsəd sistemi parçalanmış strukturlardan xilas edib vahid, çevik və nəticəyönümlü idarəetmə modelinə keçirməkdir. Çünki səhiyyə sadəcə xidmət sahəsi deyil – bir millətin sağlam gələcəyidir.

Azərbaycanın seçdiyi model mahiyyət etibarilə Avropa ölkələrinin sosialyönümlü səhiyyə sisteminə bənzəyir. Dövlət əsas maliyyələşdirici rolunu saxlayır, risklər sığorta mexanizmi ilə bölüşdürülür və xidmətlər hər kəs üçün əlçatan olur. Lakin fərq ondadır ki, Azərbaycan modeli daha mərkəzləşdirilmiş və operativ qərarvermə imkanına malikdir. Bu isə böhran anında sistemi daha dayanıqlı edir və vətəndaşı bürokratik maneələrdən qoruyur.

Bu yanaşmanın fəlsəfəsi əslində artıq bir dəfə sübut olunub. Vaxtilə yaradılan ASAN xidmət modeli dövlət xidmətlərini dəyişdirdi və bu gün bir çox ölkə həmin təcrübəni öyrənir. İndi isə oxşar inqilabi yanaşma səhiyyədə tətbiq olunur. Məqsəd sadədir: vətəndaşı səhiyyə sisteminin içində itən tərəf deyil, onun mərkəzi etmək.

Reallıq budur ki, əvvəlki illərdə səhiyyədə yaranmış boşluqları yalnız sərt siyasi iradə aradan qaldıra bilərdi. Bu iradə isə məhz Prezident İlham Əliyevin birbaşa nəzarəti və Mehriban Əliyevanın sosial sahəyə xüsusi diqqəti ilə ortaya qoyulur. Yeni modelin əsas gücü də buradadır – sistem şəxsi məsuliyyət və dövlət nəzarəti üzərində qurulur.

Bu gün formalaşan yeni Azərbaycan səhiyyə modeli təkcə daxili islahat deyil. Bu, vətəndaşı səhiyyə burulğanından çıxarmağa yönəlmiş strateji dönüşdür. Əgər bu kurs ardıcıl davam edərsə, yaxın illərdə Azərbaycan səhiyyəsi yalnız region üçün deyil, dünya üçün də yeni idarəetmə nümunəsinə çevrilə bilər. ASAN xidmətdən sonra ASAN Səhiyyə modeli – artıq vətəndaşın taleyi kabinetlərdə yox, dövlətin iradəsində həll olunur və bu sistem geri dönüşü olmayan bir yolun başlanğıcıdır.

Aqil Ələsgər

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05