Səhra istisi gəlir: Bölgələrdə 37°-yə qədər istilər gözlənilir
İyunun 13-nə hava proqnozu açıqlandı
Bu baradə Yenicag.az-a Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 13-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.
Paytaxtda gecə temperaturu 20-22°, gündüz isə 26-30° isti təşkil edəcək. Nisbi rütubət gündüz saatlarında 50-55% civarında olacaq.
Bölgələrdə də hava əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq və dağətəyi ərazilərdə qısamüddətli leysan, şimşək və dolu ehtimalı var. Gecə və səhər dağlıq zonalarda arabir duman müşahidə ediləcək.
Rayonlarda havanın temperaturu gecə 18-23°, gündüz isə 32-37° isti olacaq. Dağlıq ərazilərdə gecə 10-15°, gündüz isə 20-25° isti gözlənilir. Mülayim şərq küləyi əsəcək.