!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Şəhriyar Məmmədyarovun iştirak edəcəyi turnir təxirə salındı - FOTO

!Reklam – Yazi

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarovun mübarizə aparmalı olduğu “Norway Chess 2021” turniri təxirə salınıb.

Yenicag.az turnirin saytına istinadən xəbər verir ki, Norveçin Stavanqer şəhərində 9-21 may tarixlərində keçirilməli olan turnir pandemiya səbəbindən 7-18 sentyabra təyin edilib.

Layihə rəhbəri Benedikte Vestre Skuq bu barədə danışıb: “Biz turniri mayda təşkil etməyə hazırlaşmışdıq. Bu qərarı verəndə pandemiyanın ortası – 2020-ci ilin oktyabrı idi. Ancaq Norveçin və bəzi ölkələrin sərhədlərinin bağlı olması planımızın mayda gerçəkləşməsini mümkünsüz edir”.

Həmçinin qeyd olunub ki, turnirdə iştirak edəcək şahmatçıların siyahısında bəzi dəyişikliklər olacaq.

Qeyd edək ki, sentyabrda Şəhriyar Məmmədyarov, Maqnus Karlsen (Norveç), Fabiano Karuana, Vesli So (hər ikisi ABŞ), Dinq Liren (Çin), Levon Aronyan (Ermənistan/ABŞ), Əlirza Firuzca (İran/FIDE) kimi tanınmış qrossmeysterlərin yarışda iştirakı təsdiqlənib.

Bundan başqa, Almaniyanın Karlsrue şəhərində 9-13 apreldə keçirilməli olan “Grenke Chess Open” və İsveçin Malmö şəhərində 24-30 apreldə baş tutmalı olan “Tepe Sigeman & Co. Chess Tournament” turnirləri pandemiya ilə bağlı məhdudiyyətlər səbəbindən ləğv olunub.

www.yenicag.az

422
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv