Şəkidə YANĞIN: 6 otaqlı ev kül oldu

media-hightechnic-468x90

Şəkidə fərdi yaşayış evi yanıb.

Yenicag.az xəbər verir ki, ötən gün axşam saat 20 radələrində rayonun Oxud kəndində, kənd sakini Nizam Qurban oğlu Əsgərova məxsus, ümumi sahəsi 270 kv/m olan, 6 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisindəki ev əşyaları ilə birlikdə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa