Şəkidə yük maşını yandı
Şəki rayonunda yanğın baş verib.
Şəki-Yevlax yolunda vətəndaşa məxsus “Urai” markalı yük avtomobilinin yanar hissələri, banına yığılan6 ton ot bağlamasının 3 və avtomobilin ətrafında 200 kv.m sahədə quru ot yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 16:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.