Səlim Müslümov yeni rəis təyin etdi

media-hightechnic-468x90

fdrdƏmək və əhalinin sosial müdafiəsi nazirinin əmrinə əsasən nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə yeni rəis təyin edilib.

media-banner_tkm

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayevin verdiyi xəbərə görə, Dövlət Əmək Müfəttişliyi Xidmətin yeni rəisi vəzifəsinə Fuad Rəhim oğlu Əlizadə təyin olunub.

F. Əlizadə 26 mart 1980-ci ildə anadan olub. Azərbaycan Dillər Universitetinin filologiya (ingilis dili) fakültəsini, Naxçıvan Dövlət Universitetinin pedaqogika nəzəriyyəsi və tarixi fakültəsini, Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə və kredit fakültəsini bitirib. 2000-2001-ci illərdə hərbi xidmətdə olub. 2001-2005-ci illərdə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti aparatının İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsində referent, böyük məsləhətçi vəzifələrində, 2005-ci ilin aprel-iyun aylarında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun aparatının Beynəlxalq əlaqələr və strateji araşdırmalar şöbəsində böyük məsləhətçi, 2005-2013-cü illərdə fondun Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş departamentində audit sektorunun müdiri vəzifələrində işləyib. 14.11.2013-cü il tarixdən bu vaxtadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini vəzifəsində çalışıb.   Prezidentin 8 oktyabr 2012-ci il tarixli 2478 saylı sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Rus və ingilis dillərini bilir. Evlidir, 2 övladı var.

apa

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05