Şəmkirdə avtomobil aşıb: ölən və xəsarət alanlar var – Yenicag.Az

Reklam

Reklam

Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, hadisə yolun Şəmkir rayonu ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan “Opel” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində 2016-cı il təvəllüdlü Nuray Cavid qızı Məmmədova hadisə yerində ölüb, 3 nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Yaralılar 1977-ci il təvəllüdlü Cavid Məmmədov, onun həyat yoldaşı 1985-ci il təvəllüdlü Aidə Kərimova və qayınanası 1962-ci il təvəllüdlü Dizbəz Kərimovadır. Sürücü (C. Məmmədovun qaynı) və bir azyaşlı uşaq (C. Məmmədovun övladı) qəzadan xəsarətsiz ötüşüblər. Ölən azyaşlı da C. Məmmədovun övladı olub.

İlkin məlumata görə, qəzaya səbəb avtomovolinin şinin partlaması olub.

Faktla bağlı araşdırma aparılır. (APA)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2292
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."