Şəmkirdə dəhşətli avtobus qəzası: Ölənlər va yaralananlar var - Adlar açıqlandı
Şəmkir rayonunda sərnişin avtobusunun “VAZ 2107” markalı avtomobillə toqquşması nəticəsində xəsaərt alan şəxslərin kimliyi məlum olub.
Hadisə nəticəsində 9 nəfər xəsarət alıb. Yaralananlar Şəmkir və Samux rayon sakinləridir.
Xəsarət alanlar:
2004-cü il təvəllüdlü Gülməmmədova Gülbahar Qüdrət qızı,
1954-cü il təvəllüdü Qəmbərova Gülsənəm İslam qızı,
1986-cı il təvəllüdlü Süleymanova Dürdanə Malik qızı,
1976-cı il təvəllüdlü Yahyayeva Ruhiyyə Rafiq qızı,
1967-ci il təvəllüdlü Məmmədova İradə Abdulla qızı,
1938-ci il təvəllüdlü Mamayeva Rübabə Hüseyn qızı,
1982-ci il təvəllüdlü Nəsibova Saidə Kamandar qızı,
1964-cu il təvəllüdlü Gülməmmədova Zinyət Qürbət qızı,
1986-cı il təvəllüdlü Həmzəyeva Nərgiz Arzuxan qızı,
1989-cu il təvəllüdlü Qarayeva Qürbət Vidadi qızıdır.
Adları qeyd olunan şəxslər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər.
***
16:21
Şəmkir rayonu ərazisində baş verən avtobus qəzası nəticəsində 3 nəfər dünyasını dəyişib.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə nəticəsində 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb:
“Yaralılar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan birinin vəziyyəti ağır, 6-sının vəziyyəti isə orta ağır qiymətləndirilir. Hazırda xəstələrə tibbi yardım göstərilir”.
Xatırladaq ki, Şəmkir rayonunun Qaracəmilli kəndində Şəmkir-Qaracəmilli marşrutu üzrə hərəkət edən avtobus yoldan çıxaraq aşıb.
Faktla bağlı araşdırma aparılır./Trend/