Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Şəmkirdə QƏRİBƏ HADİSƏ - Oğurluğa girdiyi evdə 5 gün qaldı - FOTO

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 10 evdən oğurluq edən şəxs saxlanılıb.

Bu barədə Yenicag.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, əvvəllər məhkum olunmuş, Samux rayon sakini, 40 yaşlı Elfaq Süleymanov ötən ilin dekabr ayında və bu ilin fevral ayında rayonun Şiştəpə və Aşağı Seyfəli kəndlərindəki evlərə gizli yolla daxil olaraq oradan qızıl-zinət və müxtəlif məişət əşyalarını oğurlayıb.

O, ifadəsində həmin kəndlərin sakinlərinin Rusiyada Federasiyasında olduqlarını bildiyini və ona görə oğurluq üçün həmin kəndləri seçdiyini bildirib. Oğurlanan əşyaların bir qismi maddi sübut kimi istintaqa təqdim edilib. Elfaq Süleymanov Şiştəpə kəndində oğurluq məqsədi ilə ilk girdiyi evdə ev sahibinin Rusiyada olmasından istifadə edərək 5 gün qalıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Loading...

www.yenicag.az

1477
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100