Şəmkirdə qəza oldu: Ölən və yaralanan var

media-hightechnic-468x90

Şəmkirdə bir nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “VAZ-2107” ilə digər minik avtomobili toqquşub.

Qəza zamanı 1955-ci il təvəllüdlü Zülfüqar Əliyev hadisə yerində ölüb. Xəsarət alanlar Şəmkir rayon sakinləri, 2001-ci il təvəllüdlü Əmrah Vəliyev, 1995-ci il təvəllüdlü Bayram Zeynalov, 1990-cı il təvəllüdlü Asif Əliyev və 1988-ci il təvəllüdlü Röyal Sadıqovdur. Yaralılar Şəmkir rayon mərkəzi xəstəxanasına, oradan isə Gəncədə yerləşən xəstəxanaların birinə aparılıblar. Yaralıların vəziyyəti orta ağır qiymətləndirilir./Azertag/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05