Senat Obamaya dəstək verdi

media-hightechnic-468x90

45696Amerika Birləşmiş Ştatları Konqresinin yuxarı palatası olan Senat ölkə prezidenti Barak Obamanın Suriya planını təsdiqləyib. Senat üzvləridən 78-i planın lehinə, 22-si isə əleyhinə səs verib. Səsvermədən sonra Barak Obama Ağ Evdə çıxışı zamanı Suriya planının həm respublikaçılar, həm də demokratlar tərəfindən dəstəklənməsindən məmnunluğunu ifadə edib.

Senatdan əvvəl Konqresin aşağı palatası olan Nümayəndələr Palatası da müvafiq planı təsdiqləmişdi.

Planda “İŞİD” ekstremist hərəkatına qarşı mübarizədə Amerikanın müxalifətin mötədil qoluna yardım etməsi nəzərdə tutulur. Plana əsasən, Pentaqon Suriya müxalifətini silah-sursatla təchiz edəcək və döyüşçülərə təlim keçəcək, lakin Amerika hərbçiləri hərbi əməliyyatlarda birbaşa iştirak etməyəcəklər.

ABŞ, eyni zamanda, “İŞİD”ə qarşı mübarizədə İraq hökumətinə də yardımı və müstəqil şəkildə “İŞİD” mövqelərinə aviazərbələri davam etdirməyi planlaşdırır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600