!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Seneqal və Niderland komandaları növbəti mərhələyə yüksəldilər

!Reklam – Yazi

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatının qrup mərhələsində bu gün üçüncü turun oyunları başlayıb.

Yenicag.az xəbər verir ki, Lui Van Qalın baş məşqçi olduğu Niderland millisi dünya çempionatında səkkizdəbir final mərhələsinə yüksəlib. Komanda A qrupunun sonuncu turunda Qətər yığması ilə qarşılaşıb. Görüş yığmanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları matçın 26-cı dəqiqəsində Kodi Qakpo, 49-cu dəqiqədə isə Frenki de Yonq vurublar.
Bununla da Niderland komandası 7 xalla qrup lideri kimi növbəti mərhələyə vəsiqə qazanıb.

Çempionatın digər matçında Seneqal Ekvadorla görüşüb. Qarşılaşma Seneqalın 2:1 hesablı qələbəsi ilə bitib. Yığmanın qollarını 44-cü dəqiqədə penaltidən İsmaila Sarr və 70-ci dəqiqədə Kalidu Kulibali vurublar. Rəqib komandada isə 67-ci dəqiqədə Moises Kaysedo fərqlənib.

Qeyd edək ki, Seneqal kollektivi 6 xalla qrup ikincisi kimi pley-offa vəsiqə qazanıb./AzərTAC/

www.yenicag.az

249
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv