“Sənətkarın dostu” layihəsinin növbəti qonağı xoreoqraf Rüfət Xəlilzadə olacaq

media-hightechnic-468x90

11 fevral tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Azərbaycan Dövlət Uşaq Filarmoniyası və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin dəstəyi ilə “Sənətkarın dostu” layihəsi çərçivəsində Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri, Azərbaycan Respublikasının Xalq artisti, xoreoqraf Rüfət Xəlilzadə ilə görüş keçiriləcək.

Azərbaycan Dövlət Uşaq Filarmoniyasında baş tutacaq görüşdə xoreoqrafiya və milli rəqs ifaçılığı sənətinin tarixi və inkişafı, müasir zamanda milli ənənələrin, dəyərlərin yaşadılması, yeni tendesiyalara yanaşma və tədris üslubu mövzularında söhbət aparılacaq. Müxtəlif rəqs kollektivlərinin ifasında kompozisiyalar təqdim olunacaq.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600