Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Qarabağ FC

Sənətkarlarla gənclər arasında QARŞIDURMA: “Keçmişdə güldüyümüz zarafata indi...” – Ramin Hacıyev

Bu gün gənclərin düşüncəsinin məhsulu olan komediyalar, nədənsə, yaşlı nəsil sənətkarlar tərəfindən birmənalı qarşılanmır. Onlar hesab edirlər ki, komediya janrının əsasını düşündürücü gülüş təşkil etməlidir, lakin son illər komediya tamaşaçı cəlb etməyə hesablanıb və mahiyyətində şit, bayağı gülüş dayanır.

Komediya janrında çəkilən bir çox serialların rejissoru Ramin Hacıyev Yenicag.az-a açıqlamasında yeni nəsillə yaşlı sənətkarlar arasında yaşanan narazılığa aydınlıq gətirib.

Rejissor komediyanı dəb halını alan bir janr olaraq dəyərləndirib:

“Komediya dəb halını alan bir janrdır. Çünki biz keçmişdə güldüyümüz zarafata indi gülməyə bilərik. Yaxud da cavan nəslin güldüyü bir zarafata yaşlı nəslin nümayəndələri gülməyə bilər. Ona görə də yaşlı və gənc yumoristlər, komediyaçılar arasında münaqişə deməyim, sadəcə qığılcım yaranır. Fikirlər müxtəlifdir. Elə mənim yanaşmam da fərqlidir. Məsələn, mən vaynerləri çox bəyənirəm. Sənət məkanına başqa janr gəldi, yaşlı sənətkarlar ola bilsin ki, kimisə bəyənməsinlər. Amma vaynerlər, bəlkə də, hansısa mövzuda daha peşəkar olan aktyor və yaradıcılıqdan nədəsə üstündürlər. Əlbəttə, 15, 20 saniyə, bir dəqiqə ərzində fikri çatdırmaq köhnə nəslə bir qədər yaddır. Ona görə düşünürəm ki, yaşlı və cavanlar arasında olan söz-söhbətlər məhz bu dəbə görədir”.

Rejissor qurşaqdan aşağı zarafatlara da münasibətini bildirib:

“Amma qurşaqdan aşağı zarafatları bəyənmirəm, heç vaxt da qəbul etməmişəm. Mənim ərsəyə gətirdiyim seriallarda elə şeylər olmayıb”.

Cəvahir

www.yenicag.az

248
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100