Şengen vizası ilə bağlı yenilik

media-hightechnic-468x90

12 oktyabrdan etibarən Şengen bölgəsinə daxil olan 29 Avropa ölkəsində yeni avtomatlaşdırılmış giriş-çıxış sistemi işə düşəcək.

Yenicag.az Bakupost.az-a istinadən xəbər verir ki, bu yenilik əsasən Avropa Birliyinə daxil olmayan ölkələrin vətəndaşlarını əhatə edəcək.

Yeni sistemlə pasportlara ştamp vurulması dayandırılacaq, bunun əvəzinə səyahət edən şəxslərin məlumatları rəqəmsal şəkildə qeydiyyata alınacaq.

Yeni prosedura əsasən, 12 yaşdan yuxarı şəxslərin üz şəkli və barmaq izləri sistemə daxil ediləcək. Bu biometrik məlumatlarla yanaşı, səfərin vaxtı və istiqaməti kimi detallar da xüsusi məlumat bazasında saxlanılacaq.

Tətbiq edilən bu texnologiyanın məqsədi həm təhlükəsizliyi artırmaq, həm də sərhəd yoxlamalarını daha sürətli həyata keçirməkdir.

Qeyd edək ki, sistem 90 günədək olan qısa səfərlər üçün nəzərdə tutulub və keçid dövrü 2026-cı il aprelin 10-dək davam edəcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa