Sentyabrın 14-də Bakıda havanın temperaturu iqlim normasından aşağı oldu

media-hightechnic-468x90

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 15-də saat 9-a olan məlumatına əsasən, ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti 14-də gündüz saatlarında tədricən kəsilib. 15-də gecə və səhər hava sabit, əsasən yağmursuz keçib.

Yenicag.az xəbər verir ki, bu barədə xidmətdən xəbər verilib.

Düşən yağıntının miqdarı Biləsuvar və Lerikdə 6 mm, Yardımlı, Beyləqan, Neftçala, Culfa, İmişli, Sabirabad, Cəfərxan, Lənkəran, Ağsu və Astarada 3 mm-dək olub.
Duman Şəmkir, Şamaxı, Lerik və Qrızda müşahidə olunub.

Havanın maksimal temperaturu sentyabrın 14-də Bakıda iqlim normasından 1,4 dərəcə aşağı olub. Bakıda və Abşeron yarımadasında 24 dərəcəyədək isti, Naxçıvan MR-də 30 dərəcəyədək isti, Aran rayonlarında 28 dərəcəyədək isti, dağlıq rayonlarda 11-16 dərəcə isti olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600