Separatçı bölgə haqqında MÜHÜM QƏRAR: Xüsusi status UZADILDI

media-hightechnic-468x90

Ukraynada Donbas regionuna xüsusi status verilməsini nizamlayan qanunun müddəti uzadılıb.

Yenicag.az Ukrayna mənbələrinə istinadən xəbər verir ki, ölkənin Ali Radası Donbasda idarəetmənin xüsusi forması haqqında qanunun qüvvədə qalmasına dair qərar qəbul edib.

Qeyd olunur ki, Donetsk və Luqansk vilayətlərindəki bir sıra xüsusi rayonları əhatə edən sözügedən qanun 2022-ci il dekabrın 31-nə qədər qüvvədə olacaq. 317 deputat bu qərarın lehinə səs verib.

Ukrayna parlamentinin Hüquqi siyasət komitəsinin sədri Andrey Kostinin sözlərinə görə, qanunun müddətinin uzadılması Üçtərəfli Təmas Qrupu və “Normand formatı” çərçivəsində danışıqların davam etdirilməsi məqsədindən irəli gəlir.

O bu qanunun Donbasda sülhün bərqərar edilməsində və Ukraynanın ərazi bütövlüyünün bərpasında mühüm əsas olduğunu deyib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600