Şər qarışanda üzə çıxan ABŞ: Trampın sülh planında məqsəd nədir?

media-hightechnic-468x90

“Amerikanın sülh planında məqsədi Rusiyanı dünya xəritəsində Çinlə mübarizə aparacaq qüvvə kimi saxlamaqdır”.

Bu fikirləri uzun illər Rusiyada fəaliyyət göstərmiş siyasi şərhçi Fuad Abbasov Yenicag.az-a açıqlamasında səsləndirib. media-fuad-abbasov

F. Abbasov ABŞ Prezidenti Donald Trampın hazırladığı sülh planı müqaviləsinin Rusiyanı oyunda tutmaq məqsədi daşıdığını bildirib:

“Trampın ən son təklif etdiyi sülh planı Ukraynanı çox ciddi seçim qarşısında qoyur. Sülhə razılaşana qədər heç bir yardım olmayacaq deyə bir mesaj göndərir. Bu mesaj Ukrayna Prezidentinə və Ukraynaya göndərilmiş təzyiq deyil, bir ultimatumdur. Hər kəs çox yaxşı bilir ki, ABŞ və Qərbin yardımı olmadan Ukraynanın Rusiyaya uzun illər tab gətirməsi qeyri-mümkün idi. Tramp Ukraynanı seçim qarşısında qoydu: yardımın davam etməsini istəyirsənsə, sülhə razılaşmalısan. Ukraynanın sülhə razılaşıb-razılaşmamasının onun üçün hansı nəticələr verəcəyini hər kəs çox yaxşı bilir. Əgər Ukrayna müharibəni sonsuza qədər davam etmək istəyirsə, bu nə Rusiya, nə də Ukrayna üçün mümkündür. Bu, Ukraynanın çox sayda əsgər itkisinə səbəb olacaq. NATO və Aİ-nin resursları tükənəcək. Ukrayna iqtisadi olaraq daha da geriləyəcək və daxili siyasi gərginlik böyüyəcək. Bu da Zelinski administrasiyasının hakimiyyətdən getməsinə gətirib çıxaracaq”.

Siyasi şərhçi sülh müqaviləsinin Ukraynanın kapitulyasiyaya razılaşması anlamına gəldiyini diqqətə çatdırıb:

“Digər tərəfdən, Trampın sülh planını qəbul etmək onun Rusiyaya təslim olmasına, onun tələblərini qəbul etməsi, Krımın işğalı ilə razı olması, Luqansk və Donetsk bölgələrinin Rusiyaya bağlanmasına razı olmasına gətirib çıxaracaq ki, bu da ərazi itkisidir. Ukrayna cəmiyyətinin və Zelenskinin hakimiyyətə gətirilməsində maraqlı olan siyasi elitanın belə bir sülhə razı olub-olmayacağı da hələ məlum deyil. Bu məsələdə ABŞ-nin özünəməxsus yanaşması var. Trampın məqsədi bu müharibə problemindən ABŞ-nin sudan quru çıxmasıdır. ABŞ-nin bütün keçmiş prezidentləri karyeraları boyunca Rusiyanın xəritədən silinməsini istəməyiblər. Ona görə ki Çinlə Avrasiya materikində təkbaşına mübarizə aparacaq başqa qüvvə yoxdur. Amerika da bunu çox yaxşı bildiyi üçün Rusiyanı müəyyən geopolitik qüvvə kimi saxlamağa davam edir”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa