!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Serbiya-Kosovo arasındakı gərginlik: "Avropa Birliyi təcili adımlar atmalıdır"

!Reklam – Yazi

“AB Avropada hansısa münaqişə ocağının alovlanmasını istəmirsə, təcili adımlar atmalıdır”.

Bunu Serbiya-Kosovo arasındakı gərginlik, serblərin “müharibəyə hazır ol” əmri və köhnə qitədə müharibə ehtimalını dəyərləndirən ehtiyatda olan polkovnik Şair Ramaldanov Yenicag.az-a açıqlamasında deyib.

 

Şair Ramaldanov bildirib ki, Avropa İttifaqı tərəflər arasında münasibətləri qurmasa müharibə mümkündür:

“Kosovodakı NATO sülhməramlılarının özlərinin missiyası var. Gərginliyə səbəb olan və hər hansı bir dövlətin maraqlarına xələl gətirən vəziyyət yarananda təbii ki, o dövlət öz maraqlarını qorumaq üçün addımlar atmalıdır. Bu da məhz həmin addımlardan biridir ki, ordu tam hazır vəziyyətə gətirilir. Bunlar daha çox hazırlıq addımlarıdır.

Bu hazırlıq həm də vəziyyətin həmin dövlət üçün nə qədər gərgin olduğunu göstərir. Düşünürəm ki, Serbiya Prezidenti tərəfindən belə bir addım atılıbsa, ilk növbədə bu ölkənin vəziyyətlə barışmaması və orada olan sülhməramlı qüvvələrin və Avropa Birliyinin maraqlarını qorumamasından xəbər verir. Bu, siyasi addımdır. Bunun nəticəsi olaraq danışıqlar dönəmi başlayacaq. Biri var ki, danışıqlar adi şəraitdə, biri də var mürəkkəb şəraitdə keçsin. Hesab edirəm ki, Avropa Birliyi burada Serbiyan qane edəcək şəkildə vəziyyəti sabitliyə gətirə biləcək addımlar və qərarlar qəbul edə bilməsə, təbii ki, orada da münaqişə ocağı alovlanacaq.

Sülhməramlı qüvvələr yerləşəndə də öhdəliklər götürürlər. Onlar o öhdəlikləri yerinə yetirirlərsə və yerinə yetirəcəklərsə, əhali necə yaşayırdısa, elə də yaşayacaq. Əgər bunu yerinə yetirməsələr, vəziyyət daha da mürəkkəbləşəcək.

Ərazilərimdə Rusiya sülhməramlı qüvvələri yerləşibsə də, ancaq iradlarımız çoxdur. Hazırda 17 gündür Şuşa-Xankəndi yolunda aksiya keçirilir. Bu o deməkdir ki, sülhməramlı qüvvələr götürdüyü öhdəlikləri yerinə yetirmir. Təbii ki, bu cəmiyyəti qıcıqlandırır.

İndiyənə kimi Serbiya ilə Kosovo arasında problemlər olsa da, həmin problem müəyyən razılıqla yoluna qoyulmuşdu. İndi isə hansısa proseslər nəzarətdən çıxıb. Nəzarətdən çıxanda da Serbiya Prezidenti bu addımı atmağa məcbur olur. Vəziyyət gərgindir, hər an alovlana bilər. Ona görə də düşünürəm ki, əgər Avropa Birliyi Avropada hansısa münaqişə ocağının alovlanmasını istəmirsə, təcili adımlar atmalıdır. “.

Səxavət Məmməd

www.yenicag.az

409
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv