Serbiya prezidenti Avropa Oyunlarına gələcək
“Azərbaycanda keçiriləcək I Avropa Oyunlarında Serbiyanı 132 idmançı təmsil edəcək. İdmançılar bu günlərdə bu mötəbər yarışlarda iştirak etmək üçün ciddi hazırlıq görürülər”.
Yenicag.az anspress-ə istinadən xəbər verir ki, bunu Azərbaycanda rəsmi səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiç Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycanda keçiriləcək oyunlarda Serbiyanı geniş nümayəndə heyəti təmsil edəcək: “Serbiya prezidenti Tomislav Nikoliç I Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək”, – deyə xarici işlər naziri vurğulayıb.
Xatırladaq ki, iyunun 12-dən 28-dək Azərbaycanda I Avropa Oyunları keçiriləcək. Oyunlarda Avropanın 50 ölkəsindən 6 mindən çox idmançı iştirak edəcək.
Açılış tədbirində Rusiya prezidenti Vladimir Putin, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın da iştirakı gözlənilir.