Sərhəd Xidmətinin direktoru saxlanıldı
Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti xəbər verir ki, Qazaxıstan Sərhəd Xidmətinin direktoru Nurlan Culamanov vəzifəsindən sui-istifadə etməkdə şübhəli bilinərək saxlanılıb.
Mətbuat xidmətinin məlumatında deyilir: “Cari il oktyabrın 27-də Qazaxıstan Respublikası MTK-nın xüsusi təhlükəsizlik bölməsi respublika MTK Sərhəd Xidmətinin vəzifəli şəxsləri tərəfindən xidməti səlahiyyətlərdən sui-istifadə faktlarının yoxlanılması çərçivəsində cinayət işi qaldırıb.
Sərhəd Xidmətinin direktoru N.Culamanov bu cinayəti törətməkdə şübhəli bilinərək saxlanılıb. İş üzrə lazımi istintaq-əməliyyat tədbirləri görülür. Nəzarət Qazaxıstan Respublikasının Baş Hərbi Prokurorluğu tərəfindən həyata keçirilir”. (azertag.az)