Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Sərhədboyu ərazilərdə gizlədilmiş silah tapıldı - FOTO

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mü­hafizəsi və dövlət sərhədində rejim qaydalarına riayət olun­ması üzrə həyata keçirilən əməliy­yat-axtarış və qoşun tədbirləri nəticəsində sərhədboyu ərazilərdə gizlədilən odlu silahlar aşkar olunub.

Bu barədə Yenicag.az-a DSX-nın Mətbuat Mərkəzindən məlumat verilib.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Ağs­tafa rayonunun Sadıxlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində yerləşən “Qarayazı” Dövlət Meşə qoruğunda kolların arasında gizlədilən 1 ədəd 20 mm-lik ov tüfəngi, ona məxsus 9 ədəd patron və “Şəki” sərhəd dəstəsinin xidməti ərazisində Oğuz rayo­nunun Fil-filli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində Qalaçay çayının sahilində qaya daşlarının altında giz­lədilən istifadəyə yararlı 1 ədəd 1960-cı il istehsalı olan “TOZ-8” markalı yivli silah aşkar olunaraq götürülüb.

Faktlar üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

www.yenicag.az

3301
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM