Sərhəddə təxribat törədən erməni hərbçi yaralandı

media-hightechnic-468x90

Azərbaycanla sərhəddə silahlı təxribat törədən Ermənistan ordusunun hərbçisi yaralanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yaralı hərbçi hospitala yerləşdirilib.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, iyulun 12-si saat 05:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinə atıcı silahlardan atəş açıblar. Azərbaycan Ordusunun bölmələri cavab tədbirləri görüb.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600