Sərhəddən 37 kq narkotik keçirilməsinin qarşısı alınıb

media-hightechnic-468x90

kjkjNarkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 10 halda 37 kiloqram 299 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

“Şirvanovka” sərhəd nəzarəti məntəqəsində Azərbaycandan Rusiyaya keçərkən Rusiya Federasiyasının vətəndaşı, 1967-ci il təvəllüdlü Qasımova Zuxra Kamalovnanın üzərinə baxış keçirərkən sinəsində gizlətdiyi 218 qram tiryək və 3 qram metanfetamin adlı dərman preparatı, “Biləsuvar” sərhəd nəzarəti məntəqəsində İrandan Azərbaycana keçərkən Şəmkir rayon sakini, 1986-cı il təvəllüdlü Hüseynova Xəyalə Hüseyn qızının bədənində gizlətdiyi 180 qram heroin aşkar olunaraq götürülüb.
DSX-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Biləsuvar rayonunun Biləsuvar kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 2 nəfər İran vətəndaşı – 1987-ci il təvəllüdlü Şəmsəddin Cavanşir İltifat və 1981-ci il təvəllüdlü Şahimüqəddə Həsən 7 kiloqram tiryək, 350 qram heroin, 3270 qram marixuana ilə saxlanılıb.
“Astara” sərhəd nəzarəti məntəqəsində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Quliyev Sərxan Əvəz oğlunun üzərinə baxış keçirərkən ayaqqabısının içərisindən 215 qram həşiş, 30 qram tiryək, 5 qram heroin və 6 qram metanfetamin, Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Bərdə rayon sakini, 1983-cü il təvəllüdlü Abdullayev Eyvaz Mahir oğlu 20,7 kiloqram həşiş qətranı və 50 qram kristal formada olan narkotik tərkibli maddə, Cəlilabad rayonunun Dələli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində “Opel-Astra” markalı AZ 90-BZ-469 dövlət nömrə nişanlı avtomaşın saxlanılıb.
Bərdə rayon sakinləri, 1981-ci il təvəllüdlü Məmmədov Ruslan Şahmar oğlu və 1976-cı il təvəllüdlü Məmmədov Qaçay Vaqif oğlunun hərəkət etdikləri avtomobildə 3,2 kiloqram marixuana, 840 qram tiryək, 1 kiloqram həşiş qətranı, “Biləsuvar” sərhəd nəzarəti məntəqəsində İrandan Azərbaycana keçərkən Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü İsmayılova Esmira Xəlil qızının bədənində gizlətdiyi 163 qram heroin aşkar olunaraq götürülüb.

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600