Sərhədi keçən 47 suriyalı qaçqın saxlanılıb

media-hightechnic-468x90

marmaris-karayolunda-47-suriyeli-kacak-yakala-7317594_x_oTürkiyənin Mərmərə şəhərində polis tərəfindən axtarış aparılan iki avtobusda  47 suriyalı qaçağın olduğu üzə çıxıb.  Bu səbəbdən 2 nəfər şübhəli qismində saxlanıb. Saxlanılanlar insan alverində şübhəli bilinir.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, suriyalı qaçqınlar qeyri-qanuni yollarla Yunanıstandan Türkiyə ərazisinə keçiblər. Suriyada gedən arasıkəsilməz müharibələrdən cana yığılan insanların buraya pənah gətirdikləri bildirilir. Onların insan alverinin qurbanı olduqları da istisna edilmir.

Qaçaqlardan bir neçəsinin bildirdiyinə görə onlar adambaşına  1000 dollar qarşılığında buraya gətirilib.

Qeyd edək ki, qaçaqların Türkiyə ərazisinə qeyri-qanuni yollarla keçirən 2 şəxs polis tərəfindən saxlanılıb. Bu işdə əli olan digər 2 şəxs isə axtarışa verilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600