!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sərhədlərin delimitasiya və demarkasiyası: “Bu proseslərin sülhə müsbət təsirləri olacaq”

!Reklam – Yazi

“Sərhədlərin delimitasiya və demarkasiyası sülh müqaviləsinin imzalanmasından kənar olmalıdır”.

Bu barədə Yenicag.az-a açıqlamasında siyasi şərhçi Fuad Şahbazov deyib.

 

Politoloq Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi ilə yanaşı, demarkasiya prosesinin başlaması, habelə bu çərçivədə yekun sülh müqaviləsinin imzalanması məsələsinə münasibət bildirib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti özü də etiraf etmişdi ki, hazırkı delimitasiya və demarkasiya gedən ərazi de-yure və de-fakto Azərbaycana məxsus olan ərazilərdir və bu, Qarabağdan fərqli bir məsələdir.

“Qarabağ məsələsi onlar prinsipiallıq təşkil etsə də, sərhədlərin demarkasiyasında bu, yox idi. Ona görə də hökumət üçün sərhədlərin təyin edilməsi hökumət üçün bunu qəbul etmək daha asan idi.

Digər tərəfdən, sülh prosesi üçün baş verən son hadisələr böyük bir jest oldu. Lakin delimitasiya və demarkasiyanın Zəngəzur dəhlizinə bağlanılması mürəkkəb və kompleks bir məsələdir. Amma ümumilikdə bu proseslərin sülhə müsbət təsirləri olacaq”, – deyə o əlavə edib.

Politoloq qeyd edib ki, 2 ölkə arasında beynəlxalq sərhədlər müəyyən ediləcək, eləcə də digər ərazilərin də demarkasiyası problem olmayacaq:

“Sərhəddə yerləşən Qaragöl, Kərki və digər ekslavlar üçün indiki proseslər oturuşmuş bir presedent yaradır. Düşünürəm ki, növbəti aylarda da digər istiqamətlərdə də bu müsbət prinsiplərdən istifadə etmək olar. Həmçinin ölkə başçısı bildirmişdi ki, COP29-a qədər sülh müqaviləsinin imzalanması mümkün görünür”.

Rafi Müslümov

COP29

www.yenicag.az

259
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv