Şərurlu İsfəndiyarın şirkətinə qarşı daha bir iddia

media-hightechnic-468x90

Tikinti maqnatı kimi tanınan iş adamı İsfədiyar Axundova (Şərurlu İsfəndiyar) məxsus “Şərur” Mənzil-Tikinti Kooperativi (MTK) məhkəməyə verilib.

Yenicag.az-ın məlumatına görə, iddiaçı Vəliyeva Sevda Dadaş qızı adlı vətəndaşdır.

Onun iddiasına Nərimanov Rayon Məhkəməsində baxılacaq. Mehriban Əfəndizadə iş üzrə hakim təyin edilib.

Məhkəmə çəkişməsi müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrlə bağlıdır.

“Şərur” MTK Bakıda hündürmərtəbəli yaşayış binaları inşa edir.

Həm şirkət, həm də onun sahibi İsfəndiyar Axundov dəfələrlə müxtəlif qalmaqallarla gündəmə gəlib. Həmçinin dəfərlərlə ayrı-ayrı vətəndaşlar tərəfindən məhkəməyə verilib./qaynarinfo

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600