Sərxoş xanım sürücülər saxlanıldı-VİDEO

media-hightechnic-468x90

87706Polis paytaxtda növbəti reyd keçirdib.

Yenicag qafqazinfo-ya istinadən xəbər verir ki, reydin əsas məqsədi əlbəttəki paytaxt küçələrində hərəkətin qanuni şəkildə təşkil edilməsi idi. Reyd zamanı ən çox rast gəlinən qayda pozuntusu sərxoş halda sükan arxasına əyləşmək olub. Saxlanılan sürücülər tibbi eskperizadan keçirildikdən sonra barələrində hüquqi ölçü götürülüb.

Reydlərə paytaxtın Nizami, Nəsimi, Binəqədi rayon Yol Patrul Xidməti əməkdaşları da cəlb edilib. Tədbirin gedişi zamanı Neftçilər prospektində saxlanılan xanım sürücünü sərxoş olduğuna rast gəlinib. Bu azmış kimi o, sənədlərini polis əməkdaşlarına verməkdən boyun da qaçırıb.

YPX-nin inspektoru Mətin Abdullazadə xanım sürücünün manevr qaydasını pozduğu üçün saxlanıldığını deyir. Sürücü xanım ilk öncə sənədlərini təqdim etməkdən boyun qaçırdıb. Daha sonra isə onun içkili olduğu aydınlaşdırılıb.

Oxşar hadisə Binəqədi rayonu Cəfər Xəndan küçəsində də qeydə alınıb. İçkili halda maşın idarə edən digər xanım da, yol polisinin əmirinə tabe olmağı üçün saxlanılıb. Sürücü və onun xanım sərnişinini maşından yalnız əraziyə Post Patrul Xidməti əməkdaşları gəldikdən sonra düşürmək mümkün olub.

Həsən Əliyev küçəsində “NİVA” markalı minik maşını sahibi tərəfindən əlavə detallarla təmin edildiyi üçün saxlanılıb.

YPX-nin tağım komandiri Nurlan Əliyev maşında səsgücləndirici vasitələrin olduğunu və bunun üçün inzibati qaydada tədbir görüləcəyini bildirib. Reyd zamanı 60-dən çox sürücü saxlanılıb. Tədbirin yekununda bəlli olub ki, saxlanılanların böyük əksəriyyətəi sərxoş sürücülər olub.

BŞDYPİ-nin şöbə rəisi Vaqif Əsədov paytaxt üzrə 67 sərxoş sürücünün saxlanıldığını və bunlardan 6-nın qadın olduğunu açıqlayıb. 11 avtoxuliqan da onlar tərəfindən zərərsizləşdirilib. Yığılan sənədlər isə məhkəməyə göndəriləcək.

Paytaxt polisinin keçirdiyi bu reydlər mütəmədi olaraq davam etdiriləcək. Məqsəd isə sonda lazımi nəticələrin əldə edilməsidir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600