Şeyxdən 10 minlik pul yardımı

media-hightechnic-468x90

tttttttttttttuyQafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın şimal-qərb bölgəsinə səfəri zamanı yardım həyata keçirib.

Bütün Qafqazın Şeyxi Zaqatalada baş verən son zəlzələdən sonra zərərçəkən ailələrə 10 min manat miqdarında yardım edib. O, bu pulu rayon icra başçısına təqdim edib.

Bundan başqa, Allahşükür Paşazadə Bakı İslam Universitetinin Zaqatala bölməsinin tələbələrinə ərzaq tədarükü üçün 5 manat vəsait ödəyib. Bu məbləğ uniersitetin rəhbərliyinə təqdim olunub.

Qeyd edək ki, bu gün Zaqatalaya gələn A. Paşazadə bölgədəki dini icmaların nümayəndələrinin iştirakı ilə zona müşavirəsi keçirib. Müşavirədə Zaqatala, Balakən, Qax və Şəkidən olan dindarlar iştirak edib.

anspress

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600