!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şeyxlə Mübariz Qurbanlı arasında fikirayrılığı: səsgücləndirici olsun, olmasın?

!Reklam – Yazi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı məscidlərdə səsgücləndiricilərin həddindən artıq yüksək səslə istifadə olunmasına irad bildirib.

Yenicag.az xəbər verir ki, M. Qurbanlı Məhərrəm ayının başlanması ilə bağlı Qafqaz Müsəlmanları İdarəsində (QMİ) keçirilən toplantıda bildirib ki, məscidlərdə mikrofondan istifadəyə qadağa olmasa da, səsin həddindən artıq verilməsi düzgün deyil.

O qeyd edib ki, buna nəzarət eləmək lazımdı: “Bəzən səs o qədər güclü olur ki, yaxın iki məscidin səsi bir birinə qarışır, insanlar deyilənləri ayırd edə bilmirlər. Güclü səs ətrafa da narahatlıq verir. Bizə rayonlardan müraciətlər daxil olur ki, bəzən gecə saat 12-də mikrofonla yüksək səslə mərsiyələr deyilir, bu isə həmin vaxt yatmış insanlara mane olur”.

M. Qurbanlı əzadarlıqla bağlı isə bildirib ki, hansı bölgədə hər hansı problem varsa, vaxtında müraciət edilsin, əzadarlıq tədbirlərinin keçirilməsi ilə bağlı yaranan narahatlıq aradan qaldırılsın.

QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə isə dövlətin qanuni səbəb olmadan məscid ərazisinə müdaxilə etməsinin düzgün olmadığını bildirib.

Cinayət tərkibli, terror və s. bu tipli hadisələr olmadığı təqdirdə dövlət məscid ərazisinə müdaxilə etməməlidir. Məscid dindarlara, din xadiminə verilən yerdir. Orada ibadətin necə ediləcəyi onlardan asılıdr, kənardan müdaxilə düzgün deyil”, – deyə A. Paşazadə qeyd edib.

COP29

www.yenicag.az

2208
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv