Səyyar notariat xidməti ilə bağlı açıqlama

media-hightechnic-468x90

Əgər vətəndaşlar səhhəti ilə bağlı yaranan problem səbəbindən notariat ofislərinə yaxınlaşa bilmirlərsə, onlara yerində səyyar xidmət göstərilməsi mümkündür.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi tərəfindən notariatın fəaliyyəti üzrə keçirilən canlı yayımda Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin məsləhətçisi Zaur Həsənov məlumat verib.

Onun sözlərinə görə, bu kimi hallar nəzərə alınaraq notariat ofisləri bütün zəruri avadanlıqlarla təchiz olunub:

“Əgər vətəndaşın səhhətində problem yaranarsa, notariat ofisinə getmək mümkün olmasa, bu halda notariat çantasının onun evinə gətirilərək, səyyar xidmət göstərilməsi təşkil oluna bilir. Səyyar “notariat çantaları” dedikdə isə elektron informasiya sisteminə birbaşa çıxış imkanı nəzərdə tutulur. Belə ki, əvvəlcədən bildiriş verən şəxslərə notariat evində səyyar xidmət göstərilir”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05