Sezen Aksu səhnədən gedir

media-hightechnic-468x90

26900_go35tc5x4bTürkiyəli müğənni, bir çox sevilən mahnıların bəstəkarı Sezen Aksu Bursa konserti zamanı pərəstişkarlarını kədərləndirən qərarını açıqlayıb.

Gələn il yaradıcılığının 40-cı ili tamam olan sənətçi yubileyindən sonra musiqi ilə məşğul olmayacağını deyib:

“Heç kimin bilmədiyi uşaqlığımdakı həyatıma geri dönəcəm. Artıq sənətimin 40 ildən sonra qalan günləri mənim olacaq. Mən özüm də öz mahnılarımı dinləməkdən yoruldum. Belə qərarları alicənablıqla qarşılamaq lazımdır”.

Qeyd edək ki, konsertinin ikinci hissəsində ətəyi stula ilişən “Minik Sərçə” səhnədə yıxılıb.

Musiqiçilər tərəfindən ayağa qaldırılan sənətçi “Gecə başlayandan nəsə bir uğursuzluq hiss etmişdim”, deyə zarafatından qalmayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600