Silahlar yox, liderlər DANIŞDI: Çin paraddakı əsl gücünü GÖSTƏRDİ
“Silah nümayişi yox, orada iştirak edən dövlət başçıları Çinin gücünün göstəricisidir”.
Bu sözləri Çinin keçirdiyi hərbi parad, bununla dünyaya verilən mesajı Yenicag.az-a şərh edən hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
O, bildirib ki, Çin güc nümayişi edib:
“Çin öz maraqlarına uyğun olaraq geosiyasi məsələlərə münasibətini bildirir. Hərbi paradda Çin güc nümayiş etdirdi. Təbii ki, Çinin öz maraqları var. ABŞ maraqlarının genişləndirilməsinə münasibəti var. Keçirilən sammitlərdə yetərli qədər ölkələr vardı. Onlar Çinin siyasətinə müsbət yanaşırlar. Çünki mənfi yanaşsaydılar, gəlməzdilər. Çin göstərdi ki, böyük dövlət kimi böyük nüfuza malikdir. Gələn rəhbərlər də onu göstərir ki, Çinin çəkisi gündən günə artır”.
Polkovnikin fikrincə, artıq Çini daha rahat qəbul edirlər:
“Çünki Çin aqressiv çıxışlarla, aqressiv siyasət yürütmür. Çin harada münaqişə olursa, onu sülh yolu ilə həll etməyə çalışır. Özü də bu prosesdə iştirak edir. Tayvan məsələsində də aqressivlik göstərmir. Onun ətrafındakı ölkələr özlərini daha rahat hiss edirlər. Siyasi mühit Çinin ətrafındakı ölkələrdə daha mülayimdir, etibarlıdır. Çin münasibətlərini beynəlxalq münasibətlər çərçivəsində qurur. O cümlədən Azərbaycana da yüksək səviyyədə diqqət göstərdi. Çin hərbi paradda çoxlu sayda silah nümayiş etdirdi, ancaq silah nümayişi yox, orada iştirak edən dövlət başçıları Çinin gücünün göstəricisidir”.
Səxavət Məmməd